“MAM Qrup Azərbaycan”a xoş gəlmisiniz!
MAM.azMAM.azMAM.az
B.e. - Cümə (09:00 - 18:00)
Əhməd Rəcəbli küç. 1/25B
MAM.azMAM.azMAM.az

FAQ

Bizə tez-tez verilən suallardan məlumat əldə edə bilərsiniz

Müəssisənin “Balans Hesabatı” və “Mənfəət və Zərər Hesabatı” – müəssisənin hesabat dövrünün sonuna olan maliyyə vəziyyəti barədə tam informasiya ilə təmin etmir. Balans hesabatında hesabat dövrünün sonuna müəssisənin maliyyə vəziyyəti, Mənfəət və Zərər hesabatında isə maliyyə ili ərzində əldə edilmiş gəlir açıqlanır. Lakin bu hesabatlardan müəssisənin nağd pul vəsaitlərinin vəziyyəti haqqında informasiyanı əldə etmək olmur.

Bunu bilmək həddən artıq lazımdır, çünki mənfəətli müəssisələr belə borclarını ödəmək üçün nağd pul vəsaitlərinə malik olmadığı halda iflasa uğraya bilərlər. Buna görə də qeyd edə bilərik ki, müəssisənin mənfəətinin olması onun sərbəst nağd pul vəsaitlərinə malik olması demək deyil.

Fərz edək ki, hər hansı bir müəssisə 2000 manat nağd pul vəsaitinə malikdir. Hesabat dövrü ərzində isə müəssisə 5000 manat məbləğində kreditlə mal almışdır. Həmçinin bu dövr ərzində 9000 manat məbləğində kreditlə mal satmışdır. Mənfəət və Zərər hesabatında müəssisənin 4000 manat mənfəəti olduğu qeyd edilir. Belə bir halda kreditorlar borclarının ödənməsini istəyirlər, lakin müəssisənin əlində 2000 manat nağd pul vəsaiti vardır. Beləliklə, müəssisə mənfəətli olduğu halda debitorlar öz borclarını qaytarmamış, kreditorlarla hesablaşmaqda isə çətinlik çəkir və iflas olmaq təhlükəsi ilə üzləşir.

Cash flow − müəssisəni bu çətinliklərdən qorumaq və gələcəkdə əlavə maliyyələşmə mənbələrinə ehtiyac duymamaq üçün tətbiq olunur.

Korporativ idarəetmə − müəssisələrin idarəetmə və yoxlama sistemidir. Korporativ idarəetmənin mükəmməl olması önəmlidir, çünki əsasən böyük şirkətlərdə və müəssisələrdə sahibkarlarla menecerlər eyni olmurlar, səhmdarların və digər tərəflərin maraqlarının nəzərə alınması və tarazlaşdırılması isə mühüm məsələdir. Müəssisənin fəaliyyətində maraqlı olan şəxslər əsasən üç qrupa ayrılır:

1. Direktorlar (menecerlər)

2. Səhmdarlar (müəssisənin səhmlərinə sahib olan şəxslər)

3. Digər şəxslər (işçilər, təchizatçılar, sifarişçilər, müştərilər və s.)

Bəzi müəssisələrdə səhmdarlar müəssisənin fəaliyyətindən bütövlükdə xəbərdar olurlar, çünki onlar eyni zamanda həmin müəssisənin menecerləridirlər. Baxmayaraq ki, bəzi müəssisələrdə səhmdarların menecerlərin idarəetmə fəaliyyəti ilə yalnız “səhmdarların ümumi yığıncağında” tanış olmaq şansları olur. Bu da menecerlər və səhmdarlar arasında informasiyanın azlığı ucbatından maraqların toqquşmasına gətirib çıxarır.

Korporativ idarəetmə ona görə vacibdir ki, o, bütün tərəflərin maraqlarını nəzərə alır və audit komitəsi vasitəsi ilə müəssisənin fəaliyyətinə nəzarət edir. Korporativ idarəetmə şirkətin yoxlama və idarəetmə sisteminin qaydalar, təcrübə və fəaliyyət hissəsini əhatə edir. Bu sistem müəssisənin bütün tərəflərinin − səhmdarlar, direktorlar, müştərilər, təchizatçılar, maliyyəçilər, hökumət və s. maraqlarını balanslaşdırır. Bütün bunlar müəssisələrdə korporativ idarəetmənin mövcudluğunu vacibləşdirir.

Marka (brand)- istehlakçıların, yaxud da satıcıların əmtəələrini və ya xidmətlərini müəyyənləşdirmək, onları eyniləşdirmək və rəqiblərin məhsullarından fərqləndirmək üçün istifadə olunan bir ad, rəsm, nişan, rəmz və ya bunların birləşməsidir. Hər bir marka qeydiyyatdan keçirildikdə (Trade Mark) qanuniləşir, yəni hüquqi cəhətdən qorunur. Firma rəhbərliyinin əsas vəzifələrindən biri də bazara təklif olunacaq əmtəə və ya xidmətlərin marka adlarının və nişanlarının necə olacağını müəyyənləşdirməkdir. Hər bir əmtəənin markası müəyyənləşdirildikdə, o eyni zamanda əmtəənin ayrılmaz bir parçası olur. Yaxşı bir marka adını seçmək olduqca çətin məsələdir. Bu gün belə iqtisadi həyatda çox az sayda yaxşı marka adlarına rast gəlmək mümkündür. Marka adı təsadüfi olmamalı və əmtəə haqqında təsəvvürlərin möhkəmlənməsinə xidmət etməlidir. İdeal bir marka adı üçün tələb olunan xüsusiyyətlər əsasən bunlardır: 1) marka adı əmtəənin xüsusiyyətlərinə və istifadə yerlərinə uyğun düzgün informasiya verməlidir 2) marka adı asanlıqla ifadə olunmalı, qısa, sadə və mümkünsə təkhecalı olmalıdır 3) marka adı xüsusi ad olmalı, ümumi və ideal adlardan istifadə olunmamalıdır 4) marka adı seçilərkən hər bir xalqın nümayəndələrinin asanlıqla oxuyub yadda saxlaya biləcəyi sözlərdən ibarət olmasına diqqət yetirilməlidir. Seçilən ad başqa dillərdə tərs və çirkin mənalar ifadə etməməlidir. Bu səbəbdən də marka adı seçilərkən bütün dünyada geniş yayılmış ən azı on danışıq dilində araşdırılmalıdır 5) marka adı əmtəə nomenklaturasına əlavə olunan yeni əmtəələr üçün də asanlıqla tətbiq olunmalıdır 6) marka adı, yaxud da nişanı reklam vasitələrində asanlıqla yerləşdirilə bilməlidir 7) marka adı qanunlara zidd olmamalıdır. Başqa firmalar tərəfindən eyni marka adından istifadə olunub-olunmadığına diqqət yetirilməlidir.

Markanın əhəmiyyəti isə aşağıdakılardan ibarətdir:

1.Marka əlavə tələb yaratmaq üçün firma adından və əmtəənin fiziki əlamətlərindən də daha effektlidir. Reklam olunan markalar asanlıqla mənimsənilir və satılır.

2.Markalı əmtəələri vasitəçi tacirlər asanlıqla satın alırlar.

3.Marka istehlakçıya istədiyi əmtəəni asanlıqla seçmə imkanını verir.

4.Marka istehlakçını qoruyur. İstehlakçı əmtəənin istehsalçısını tanıdığı üçün təkrar bazarlıq qərarlarında öz markasını asanlıqla seçə bilir.

5.Markalı əmtəələrin keyfiyyəti firmalararası rəqabətdən dolayı günü-gündən artmaqdadır. Əmtəə keyfiyyətlərindəki bu istiqamətli dəyişiklikləri əmtəəyə yeni funksiyaların, xassələrin əlavə olunmasına və tam təminatla istifadə olunmasına əlverişli şərait yaradır.

6.Markalı əmtəələr olmayanlara nəzərən istehlakçı nəzərində daha keyfiyyətlidir.

Daхili audit-idarəеtmə nəzarəti sistеminin ayrılmaz və mühüm еlеmеnti оlmaqla müstəqil, təminatvеrici və məşvərəətçi fəaliyyətidir. Daхili audit müəssisədə şəffaf infоrmasiya mühiti yaratmaqla, оnun fəaliyyətinin daha dərin və əsaslı təhilinə, daha səmərəli fəaliyyət sistеmi yaratmağa şərait yaradır. Daхili audit müəssisənin təsərrüfat fəaliyyətinə dair infоrmasiyalar hazırlamaqla yanaşı, mеnеcеrlərin təqdim еtdikləri hеsabatların düzgün və еtibarlı оlmasını təsdiq еdir. Müəssisə rəhbərliyi daхili auditin infоrmasiyalarından istifadə еtməklə vaхtlı-vaхtında və оpеrativ оlaraq müəssisə daхilində lazım оlan dəyişiklikləri еtmək imkanı əldə еdir. Daхili auditin tələb оlunan səviyyədə təşkili müəssisənin tərkibində fəaliyyət göstərən digər bölmə və şöbələri, maddi-məsul şəхslərin öz хidməti vəzifələrinin yеrinə yеtirilməsi məsuliyyətini artırmaqla təsərrüfat əməliyyatlarının icrasında nеqativ halların qarşısının alınmasında mühüm rоl оynayır. Bununla yanaşı daхili audit kənar audit üçün bir sıra əsaslı məsələlərdə infоrmasiya mənbəyi оlmaqla mövcud qanunçuluğun gözlənilməsində böyük əhəmiyyəti vardır.

Maliyyə və mühasibat uçotu maliyyə hesabatının iki yarısıdır. Maliyyə və mühasibat uçotunu ən sadə yolla belə fərqləndirə bilərik: Belə ki, mühasibat uçotu keçmişə fokuslandığı halda, maliyyə gələcəyə daha çox diqqət yetirir.

Mühasibat uçotu maliyyə məlumatlarının çatdırılması üçün bir sistemdir. Bu sistem əməliyyatların qeydiyyatı və maliyyə hesabatlarının hazırlanmasını, firmaların maliyyə sağlamlığı ilə bağlı maliyyə hesabatlarının təhlilini ehtiva edir. Mühasiblər hadisələrin dəqiq qeyd olunmasını və maliyyə hesabatlarında şirkətin maliyyə vəziyyətini düzgün əks etdirməsini təmin etməklə vəzifələndirilirlər. Daha aydın desək, mühasibatın əsas vəzifəsi şirkətdəki bütün maliyyə hadisələrini qeydə almaq və bunun nəticəsində şirkətin mövcud maliyyə durumunu əks etdirməkdir.

Maliyyə, mühasibat tərəfindən təqdim edilən mütəşəkkil məlumatları alır və gündəlik olaraq bir şirkətin idarə olunması və uzunmüddətli maliyyələşdirmə və büdcə qərarları vermək üçün istifadə edir. Maliyyə, gələcəkdə biznesə maliyyə axınlarının yaranacağını müəyyən edərək gələcəkdəki məqsədlərə nail olmağı hədəfləyir.

Maliyyə gələcəklə bağlı olduğundan, risk və qeyri-müəyyənliklə məşğul olmalıdır. Risklərin və qeyri-müəyyənliklərin qarşısının alınması, qiymətləndirilməsi və idarə olunması maliyyə menecerlərinin məsuliyyətinin böyük bir hissəsidir.

Firmadaxili audit standartları firmalar, yəni auditor təşkilatları tərəfindən auditor yoxlaması aparılarkən vahid tələbat təmin etməklə aşağıdakı elementləri özündə birləşdirir:

1. Razılaşmanın məqsədinin müəyyən edilməsi.

Hər bir auditor yoxlaması düzgünlüyünü təmin etmək üçün hərtərəfli planlaşdırılmalı, peşəkarlıqla və ixtisaslaşdırılmış formada aparılmalı, sifarişçilərə yüksək keyfiyyətli xidmət göstərilməli, auditorlardan optimal sürətdə istifadə olunaraq kommersiya xeyri əldə olunmalıdır.

2. Biznesin icmalı və ya xülasəsi.

Yoxlama sifarişçilərlə tanışlıq və onların fəaliyyətinin öyrənilməsi ilə başlanır. Firmada qanunvericilikdə, peşəkarlıq standartlarında və biznesdə auditor yoxlamasında və sifarişçilərə münasibəti əks etdirən dəyişikliklər daim izlənir.

3. Mümkün riskin qiymətləndirilməsi.

Sifarişçinin biliyindən istifadə olunaraq və riskin aşkar olunmasına hərtərəfli yanaşılaraq, fırıldaqçılıq riski, adi səhvlər müəyyən edilir və onların əhəmiyyəti qiymətləndirilir.

4. Audit strategiyasının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi.

Yoxlamanın ilkin mərhələsində daxili nəzarət sistemi, yəni əvvəlcə rəhbərlik tərəfindən istifadə olunan təsərrüfat fəaliyyətinə nəzarət sistemi, sonra isə mühasibat uçotu və nəzarət sistemi qiymətləndirilir.

Bu mərhələdə yoxlama strategiyasının işlənib hazırlanması üçün yalnız informasiya qiymətləndirilir.

5. Auditor yoxlamasının strategiyasının müəyyən edilməsi.

Başlıca risklərin xüsusi qiymətləri ümumiləşdirilir və zəruri auditor əməliyyatları müəyyən edilir.

6. Müstəqil tədqiqat planı.

Planda hər bir müstəqil tədqiqat hallarında daha səmərəli tədqiqatlarının tətbiqi və davamlılığının mahiyyətinə baxılır. Müstəqil tədqiqat plana uyğun olaraq aparılır. Onun nəticələrinin qiymətləndirilməsindən asılı olaraq planda müvafiq düzəlişlər edilir.

7. Nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi.

Auditor yoxlamasının sonunda nəzarət sisteminin ümumi qiymətləndirilməsi və yoxlama planının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi geniş verilir.

8. Auditor yoxlamasının yekunlaşdırılması.

Ümumi hesabat (akt) tərtib edilir və yekun nəticələri çıxarılır. Daha əhəmiyyətli hallar sifarişçilərlə müzakirə edilir.

9. Rəyin təqdim edilməsi.

Auditor yoxlamasının nəticələrinə uyğun olaraq rəy tərtib edilir. Mühasibat (maliyyə) hesabatlarına dair rəydən əlavə, sifarişçiyə yoxlamanın nəticələri haqqında hesabat (akt) da təqdim olunur.

Hələ də sualınıza cavab tapa bilmədiniz?

Xidmətlərimizə aid bütün suallarınızın ətraflı cavablandırılması üçün sorğu göndərin və ya iş saatları daxilində bizə zəng edin.

AZ 1052, Azərbaycan, Bakı
Əhməd Rəcəbli küç. 1/25B

(+99450) 270 57 47
(+99450) 270 57 05
info@mam.az
office@mam.az