“MAM Qrup Azərbaycan”a xoş gəlmisiniz!
MAM.azMAM.azMAM.az
B.e. - Cümə (09:00 - 18:00)
Əhməd Rəcəbli küç. 1/25B
MAM.azMAM.azMAM.az

MAM Audit

Müəssisələrdə mühasibat uçotu,daxili audit və maliyyə sisteminin qurulması

Müasir bazar münasibətləri şəraitində iqtisadi fəaliyyətin əsas ağırlığı iqtisadiyyatın aparıcı həlqəsi оlan müəssisələrin üzərinə düşür. Cəmiyyətə lazım olan мəhsullar və хidmətlər məhz elə bu təsərrüfat subyektlərində ərsəyə gətirilir. Adətən ən ixtisaslı kadrlar müəssisələrdə cəmləşir. Burada ehtiyatların qənaətlə xərclənməsi, yüksək məhsuldarlıqlı texnika və texnologiyadan yetərincə istifadə məsələləri həll edilir. Müəssisələrdə istehsal prosesi təşkil olunur, strateji, cari və operativ planlar işlənib hazırlanır, menecment kimi səmərəli idarəetmə həyata keçirilir, innovasiya və investisiya fəaliyyəti baş verir, maliyyə resurslarından qənaətlə istifadə etmək üçün tədbirlər görülür

Bütün bunlar ilk növbədə dərin iqtisadi biliklər tələb edir. Bazar iqtisadiyyatı və güclü rəqabət şəraitində yalnız o müəssisə özünü qoruyub saxlaya bilir ki, əmtəə bazarının nəbzini vaxtında və etibarlı qaydada tuta bilsin, yüksək istehlak keyfiyyətlərinə malik olan məhsul istehsalını təşkil etsin və onu genişləndirsin, eyni zamanda öz işçilərini yüksək əmək haqqı ilə təmin etsin.

Qarşıya qoyulan bu məqsədlərə o vaxt nail olmaq olar ki, müəssisənin iqtisadiyyatı, xüsusilə də onun maliyyəsinin əsaslarına dair biliklər yaxşı mənimsənilmiş olsun.

Bütün bu məqsədlərə çatmaq üçün MAM Audit sizin ən yaxşı tərəfdaşınız olacaqdır.

MAM Audit xidmətlərinə daxildir:

  • Mühasibat uçotu
  • Audit
  • Maliyyə

Mühasibat uçotu

Mühasibat uçоtu – müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyеktlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat yazılışlarında qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hеsablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistеmini özündə əks еtdirir.

Audit

Audit-aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür.

Maliyyə

Maliyyə-iqtisadiyyatın dövlət və özəl sektorunun, istehsal və sosial infrastrukturun, elmi-texniki nailiyyətin və s. inkişafında həlledici rol oynayır. Maliyyə elmi cərəyan kimi maliyyə resurslarının yaradılmasına, paylaşdırılmasına və ya istifadə edilməsinə əsasən meydana çıxan münasibətləri öyrənir və bu münasibətlərin inkişafının qanunauyğunluqlarını müəyyən edir.

Əlaqə

  • AZ 1052, Azərbaycan, Bakı
    Əhməd Rəcəbli küç. 1/25B
  • (+99450) 270 57 47
    (+99450) 270 57 05
  • info@mam.az
    office@mam.az