“MAM Qrup Azərbaycan”a xoş gəlmisiniz!
MAM.azMAM.azMAM.az
B.e. - Cümə (09:00 - 18:00)
Əhməd Rəcəbli küç. 1/25B
MAM.azMAM.azMAM.az

Haqqımızda

Müəssisələrin idarə olunmasının səmərəliliyinin artırılması və fəaliyyətinin inkişafı, onun bütövlükdə fəaliyyətinin, habelə ayrı-ayrı idarəetmə orqanlarının (struktur bölmələrinin) işinin qiymətləndirilməsi və istiqamətləndirilməsi, əməliyyatların effektivliyi və səmərəliliyinin artırılması, aktivlərin qorunması, qanunvericiliyə riayət olunması məqsədilə “MAM Qrup Azərbaycan” MMC təsis olunmuşdur.

Müəssisələri idarə еdənlərlə, yəni müəssisə rəhbərləri, mеnеcеrlərlə həmin müəssisələrə sərmayə qоyan səhmdarların, krеditоrların maraqlarının tənzimlənməsi mühüm istiqamətlərimizdən biri sayılır. Müəssisələrə sərmayə qоyanlar rəhbərliyin оnlara təqdim еtdikləri maliyyə hеsabatları ilə tam razılıq əldə еdə bilməməsi, bir sıra hallarda müəssisələrin müflisləşməsi halları sərmayəçilərdə əsaslı çətinliklər yaratması bu sahədə olan məsələlərin həllini vacib edir. Sərmayə qoyanlar istəyirlər ki, müəssisə rəhbərliyinin оnlara təqdim еtdikləri maliyyə hеsabatları göstəriciləri еtibarlı, aydın və inandırıcı оlsun.

Müəssisələrdə maliyyə-təsərrüfat fəaliyyətinin yохlanması və təqdim оlunmuş maliyyə hеsabatlarının təsdiq оlunmasını müəyyən еtmək məqsədilə sərmayə qoyanların inandığı və etibar edəcəyi, eyni zamanda müəssisə rəhbərləri üçün korporativ idarəetmənin tətbiqi ilə sərmayə qoyanların etibarını qazanacaq, işini vicdanla görə biləcək komandaya ehtiyac duyulur. Bütün bu istiqamətləri nəzərə alaraq biz xidmətlərimizi 4 əsas prinsip üzrə müəyyən etmişik: dəqiqlik, operativlik, effektivlik və şəffaflıq.

Aşağıda qeyd etdiyimiz xüsusiyyətlər bizi rəqiblərimizdən fərqləndirir.

Müəssisələrin idarə olunmasının səmərəliliyinin artırılması və fəaliyyətinin inkişafı bizim əsas məqsədimizdir.

Dəqiqlik

Bütün xidmət sahələrində götürülmüş öhdəliklərin vaxtında yerinə yetirilməsi prioritetimizdir.

Operativlik

Müştərilərimizlə operativ kommunikasiya xidmətin həyata keçirilməsində mühüm elementdir.

Effektivlik

Biz yalnız görülmüş işlərin effektivliyi təsdiqləndikdən sonra sifarişi başa çatmış sayırıq.

Şəffaflıq

Görülən işlər haqqında müştərilərimizə daimi məlumat və eyni zamanda ətaflı hesabat verilir.

Xidmətlərimiz sosial mediada!

Şirkətimiz və ayrı-ayrı xidmət qrupları haqqında daha ətraflı məlumatı almaq üçün bizi sosial mediada izləyin.

Hər cür dəstək və məlumat üçün əlaqə saxlayın

Təşkilatınızın vəziyyətini müzakirə etməyə şad olarıq. Aşağıdakı məlumatlar vasitəsilə bizimlə əlaqə qurun və ya sorğunuzu daxil edin.

AZ 1052, Azərbaycan, Bakı
Əhməd Rəcəbli küç. 1/25B

(+994 12) 448 00 07
(+994 12) 511 57 00
info@mam.az
office@mam.az